#BBCAzeriTrending: Emin Ağalarovun Instagramında çəkişmələr

Şəklin mənbəyi, instagram
Emin Ağalarovun Bakıda <link type="page"><caption> yanğının baş verdiyi</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/05/150520_baku_fire_aftermath" platform="highweb"/></link> gecə Nyu Yorkda konsert verməsi bəzilərinin qəzəbinə səbəb olub. Onun Instagram səhifəsində artıq iki gündür ki, pərəstişkalar və digər istifadəçilər mübahisə edir.
Görünür ki, bir çox istifadəçi milyonçu müğənninin “matəm” günündə konsert verməsinə və yanğın barədə heç nə paylaşmadığına görə təəccüblənib.
Məsələn istifadəçilərdən biri yazıb: "Bu gün Azərbaycanda dəhşətli faciə baş verib. Siz də paylaşsaz yaxşı olardı".
"Emin Ağalarov, sizə çox hörmətim var idi, amma Azərbaycanda matəmdi amma siz... Nəysə!" - Ağalarovun dostu ilə gülümsədiyi bir fotonun altında yazıb digəri.

Şəklin mənbəyi, BBC World Service
“Bunun deyəsən Azərbaycandan xəbəri yoxdur”, biri yazıb. “Azərbaycan ağlayır, azərbaycanlı ulduz gülür... Əla!” digərindən şərh gəlib.
Səhərisi gün Ağalarov Instagram səhifəsində foto paylaşaraq bəyan edib ki, iyun ayında keçirəcəyi konsertdən gəlirlər qurbanların ailələrinə veriləcək. “Dəhşətli fəlakət”, o yazıb.

Şəklin mənbəyi, eminofficial Instagram
Bir neçə dəqiqə ərzində fotonun altında 100-dən çox şərh peyda oldu: “Görürsünüz, o susmurdu!” – “Fəaliyyət sözdən əhəmiyyətlidir!” – “Sizin etdiyinizi bir dənə olsun da azərbaycanlı ulduz eləmədi!”
Bu tip şərhlərə cavab yazanların əksəriyyəti müğənninin “mühakimə olunmasına” etiraz edib. Çoxu onun “xeyriyyə konserti” barədə qərarını alqışlayıb və bunu təsvir etmək üçün müxtəlif emojilərdən istifadə edib.

Şəklin mənbəyi, BBC World Service
























