Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
Niderlandlılar "Nasistlərdən qalmışlardır" - Recep Tayyip Erdoğan
Türkiyə prezidenti Recep Tayyip Erdoğan niderlandlıları "Nasistlərdən qalmışlar və faşistlər" ("bunlar Nazi kalıntısı, bunlar faşist") adlandırıb.
Daha əvvəl Hollandiya hökuməti Türkiyənin XİN başçısı Mevlüt Çavuşoğlunun olduğu təyyarənin enməsinə icazəsini ləğv edib.
Cənab Çavuşoğlu Rotterdam şəhərində, referendumda cənab Erdoğanı dəstəkləyən yürüşdə çıxış etməliydi, lakin ötən həftə yürüşə icazə verilməyib.
Rotterdam merinin dediyinə görə, yürüş təhlükəsizlik barədə narahatlıqlara görə qadağan edilib.
"Xarici İşlər nazirimizin uçuşuna nə qədər istəyirsiniz qadağa qoyun, amma indi görün sizin uçuşlarınız Türkiyədə necə eniş edəcəklər", Prezident Erdoğan İstanbulda keçirilən yürüşdə deyib.
Cənab Çavuşoğlu həmçinin xəbərdarlıq edib ki, onun səfərinin qabağı alınsa Türkiyə ağır sanksiyalar tətbiq edəcək.
Hollandiyanın Baş naziri Mark Rutte öz bəyanatında deyib ki, Türkiyənin Niderlandı sanksiya ilə hədələməsinə görə "məntiqli həlli axtarmaq qeyri-mümkündür".
Buna görə də Hollandiya uçuşun enməsinə icazə verməyəcək, o deyib.