Yaponiyalı girovun qətli əks olunan video dərc etdirilib

Şəklin mənbəyi, BBC World Service
Çap edildi
Yaponiya höküməti İslam Dövləti (İD) yaraqlıları tərəfindən dərc edilmiş yaponiyalı girovun qətlini göstərən videonun gerçəkliyini yoxlamağa çalışır.
Yaponiya Nazirlər kabineti video dərc edilkdən dərhal sonra təcili olaraq iclasa toplaşıb.
Ötən çərşənbə axşamı İD qruplaşması yaponiyalı girovlar Haruna Yukawa və Kenji Goto barədə məlumat yayaraq, Yaponiya höküməti girovlara görə 72 saat ərzində 200 milyon dollar ödəməyəcəyi halda onların edam ediləcəyini bəyan etmişdi.
Yaponiya hökümətinin rəsmisi videonun yolverilməz və şokedici olduğunu bildirib




















