Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
İsveç zooparkı: ayı 19 yaşlı işçini parçalayıb
Çap edildi
İsveçdə ayı 19 yaşlı zoopark işçisini parçalayıb. Hadisə ölkənin mərkəzində yerləşən Orsa Rovdjurspark heyvanat bağında baş verib.
İnsana hücum edən iki yaşlı ayı öldürüldüyü bildirilir.
Məlumata əsasən təmizlik işləri aparan şəxsi parçalayan heyvan volyerə heç kimin xəbəri olmadan qazıdığı girişdən daxil olub.
Hücuma məruz qalan şəxsin adı açıqlanmır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Orsa Rovdjurspark yırtıcı heyvanların sayına görə Avropanın ən iri zooparkı olduğunu bildirir.
Burada ayı, pələng, şir və canavar kimi heyvanlar saxlanılmaqdadır.